Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Tarix: 5-07-2025, 10:33

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı.

Ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Agentliyin aktivlərinin dəyəri 20,989 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24,8 % azalaraq 348 min manata düşüb, balans kapitalı isə 2,8 % artaraq 20,64 milyon manata çatıb.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi Prezident İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 6,228 milyon manatdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR