Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?

Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?

Tarix: 8-07-2025, 10:00

 

Naxçıvan Muxtar Respublikası ərazisində 200-dən çox mineral bulaq mövcuddur. Onların əksəriyyəti müalicəvi xüsusiyyətləri ilə tanınır.

Culfa şəhərindən 8-9 kilometr aralıda yerləşən Darıdağ arsenli mineral suyu da həmin bulaqlardan biridir. Bu su illərdir yerli sakinlərin və qonaqların sağlamlıq məqsədilə üz tutduğu məkanlardandır.

"Güclü ağrılarım var idi. Əməliyyat olunmalı olduğumu demişdilər, amma buraya gələndən sonra ağrılarım keçib. İndi özümü çox yaxşı hiss edirəm", - deyə müalicə alan sakinlərdən biri bildirib.

Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın sözlərinə görə, Darıdağ mineral suyu qan təzyiqinin tənzimlənməsi, ürək fəaliyyətinin yaxşılaşdırılması, sinir sistemi, dəri və qadın xəstəliklərinin müalicəsində də təsirlidir.  //Baku TV




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR