Son Xəbər: Azərbaycan millisinin baş məşqçisinin mətbuat konfransı keçiriləcək, Ermənistan və Qırğızıstan XİN başçıları Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər, Küləki hava avqustun 29-dək davam edəcək, İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının şərtini açıqlayıb, Azərbaycan nefti ucuzlaşıb, Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq, Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək, Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib, Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir", Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi,

Azərbaycan neftinin qiyməti 76 dolları keçib

Azərbaycan neftinin qiyməti 76 dolları keçib

Tarix: 10-07-2025, 09:46

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,7 % artaraq 76,02 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,54 ABŞ dolları və ya 0,72 % artaraq 74,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR