Son Xəbər: Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB, Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq, Britaniya Ermənistana yeni səfir təyin edib, UEFA Azərbaycan klublarına ödəniş edib, İsrail Livanın şimal-şərqində "Hizbullah"ın obyektlərinə zərbələr endirir, Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası keçirilir, İlham Əliyev Ərdoğana: Ölkələrimizin sarsılmaz qardaşlığı həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik amilidir, Tələbələrin köçürülməsi prosesinə başlanılıb, Qazaxıstanın Baş naziri: “OPEC+” sazişindən çıxmaq variantını nəzərdən keçirmirik", TƏBİB: Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib,

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası keçirilir

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası keçirilir

Tarix: Bugün, 12:54

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

O həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR