Son Xəbər: İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib, "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq,

DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur

DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur

Tarix: 4-08-2025, 10:59

Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilib.

Məlumata görə, piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması, yolun istənilən hissəsindən keçmək vərdişi və elementar təhlükəsizlik qaydalarına biganə qalması faciələrlə nəticələnən hadisələrin başlıca səbəblərindən biridir:

"Ən təhlükəli məqam ondan ibarətdir ki, bəzi piyadalar qayda pozuntusunu adi hal kimi qəbul edir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. İşıqforun qırmızı işığında yolu keçmək, avtomobillərin intensiv hərəkətdə olduğu ərazilərdə ehtiyatsız davranmaq, telefon və digər diqqət yayındıran vasitələrlə hərəkətdə olmaq son nəticədə geri dönüşü olmayan faciələrə səbəb olur. Hər kəs bilməlidir ki, yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəs üçün keçərlidir. Özünü qaydalardan kənar tutan istənilən hərəkət iştirakçısı istər sürücü, istərsə də piyada məsuliyyət daşıyır".

Müraciətdə qeyd olunub ki, piyadavurma hallarının qarşısını almağın ən sadə, lakin təsirli yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət etməklə və diqqətli olmaqla hərəkət etməkdir:

"Bu sadə prinsiplərə əməl etməyən hər piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR