Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Tokayev: Məhdud nəqliyyat əlaqələri dənizə çıxışı olmayan ölkələr üçün əsas çağırış olaraq qalır

Tokayev: Məhdud nəqliyyat əlaqələri dənizə çıxışı olmayan ölkələr üçün əsas çağırış olaraq qalır

Tarix: 5-08-2025, 13:35

Məhdud regional nəqliyyat əlaqələri hələ də dənizə çıxışı olmayan ölkələr üçün əsas problem olaraq qalır.

Bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə üçüncü Konfransında bildirib.

Onun sözlərinə görə, bu problem yüksək tranzit və ticarət xərcləri, həmçinin geosiyasi amillərə qarşı həssaslıq da daxil olmaqla bir sıra iqtisadi çətinliklərə səbəb olur: "Bu məhdudiyyətlər vətəndaşların rifahına təsir edir və rəqabət qabiliyyətini azaldır. Onlar münaqişələr, iqtisadi sanksiyalar, təchizat zəncirindəki pozuntular və qlobal etimadsızlığın artması ilə daha da dərinləşir".

Qazaxıstan lideri qeyd edib ki, dənizə çıxışı olmayan 32 inkişaf etməkdə olan ölkədə yarım milyarddan çox insan hələ də maliyyə resurslarına, texnologiyalara və dünya bazarlarına çıxışda maneələrlə üzləşir.

"Nəqliyyat, enerji və rəqəmsal infrastruktur kimi əsas sektorlara investisiya qoyuluşunu stimullaşdırmaq üçün innovativ maliyyə mexanizmləri lazımdır", - Tokayev bildirib.

O, daha bir problemin iqlim dəyişikliyi olduğunu deyib: "Dənizə çıxışı olmayan inkişaf etməkdə olan bir çox ölkələr su çatışmazlığı, buzlaqların əriməsi, səhralaşma və digər ekstremal hava hadisələri ilə üzləşir. Bu problemlərin həlli əlaqələndirilmiş regional səylər və fəal beynəlxalq dəstək tələb edir".

Tokayev iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin gücləndirilməsi üçün iştirakçıları gələn ilin aprelində Astanada BMT ilə tərəfdaşlıqda keçiriləcək Regional Ekoloji Sammitə dəvət edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR