Son Xəbər: Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb, Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək, Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək, Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir, Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək, Tramp Putini doğum günü münasibətilə təbrik etməyib, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb, İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb, Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib, İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür,

Bu gündən Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" başlayır

Bu gündən Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" başlayır

Tarix: 5-08-2025, 14:26

Bu gündən avqustun 8-dək Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edir. Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq olacaq. Burada ölkənin tarixi və mədəni irsinə dair kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənəcək.

Ziyarətçilər qədim sənətkarlıq ənənələrini əks etdirən əl işləri ilə də tanış ola biləcəklər. Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri” adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və kəlağayı nümunələri nümayiş olunacaq. Həmçinin, xalçatoxuma, şəbəkə sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Sərgi zonasının kulinariya bölməsində milli mətbəxin ənənəvi yeməkləri və şirniyyatları təqdim olunacaq, Azərbaycanın qonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.

Bu gün konfransın açılış mərasimi çərçivəsində qala-konsert təşkil ediləcək.

6 avqustda “Azərbaycan Milli Günü” münasibətilə konsert proqramı, 8 avqustda isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun qala-konsert baş tutacaq.

Bu gündən Türkmənistanda üçgünlük "Azərbaycan Milli Günləri" başlayır




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR