Son Xəbər: CENTCOM: “Abraham Linkoln" İranın hava məkanına dənizdən hakim olmağa davam edir, Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir, Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb, Sabah Bakıda 13 dərəcə isti olacaq, Bakıda market və bank kartından oğurluq edilib, Azərbaycan XİN Efiopiyaya başsağlığı verib, Bakıda NATO-nun kursu keçirilib, Azərbaycan neftinin qiyməti 109 dolları keçib, Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb, Küçədə elektron siqaret çəkənlər cərimələnəcək,

Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib

Naxçıvanın paylayıcı elektrik şəbəkəsinə dair Tədbirlər Planı təsdiqlənib

Tarix: 5-08-2025, 16:48

 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

"Azərişıq” ASC Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etsin və icranın gedişi barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

"Elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə edilməsi və inkişafı fəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrik enerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz və səmərəli təchizatına xidmət etmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda iqtisadi inkişafın davamlılığının təmin edilməsilə bağlı görülən işlər, öz növbəsində kommunal infrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz enerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir", - deyə sərəncamda qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR