Son Xəbər: Daşkəsənin Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib, Ukrayna səfirliyi Azərbaycanda uşaqlara göstərilən yardıma görə təşəkkür edib, Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib, Zelenski: Nəhayət ki, Rusiyadan siqnallar eşidirik, Göygöldə avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM, Ali Məhkəmə "Tərtər işi"də təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib, ETX: "Telegram" hücumları ilə bağlı mühüm nəticələr müəyyən olunub, Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ölən şəxslərin kimliyi məlum olub - YENİLƏNİB, Uşakov: ABŞ-nin Tramp və Putin arasındakı danışıqla bağlı sorğusu haqqında məlumatsızam, "Bloomberg": ABŞ Asiya-Sakit okean regionunda hegemonluğunu itirib,

Masallıda meşədə yanğın olub - VİDEO

Masallıda meşədə yanğın olub - VİDEO

Tarix: 7-08-2025, 17:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətindən məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR