Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Qəzza tam ələ keçiriləcək! - Netanyahu TƏSDİQLƏDİ

Qəzza tam ələ keçiriləcək! - Netanyahu TƏSDİQLƏDİ

Tarix: 8-08-2025, 11:52

İsrail hökumətinin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun HƏMAS-ın tamamilə məhv edilməsinə yönəlmiş planını təsdiqləyib.

Bu barədə məlumatı İsrail hökuməti yayıb.

Rəsmi məlumata görə, İsrail Müdafiə Qüvvələri yaxın vaxtlarda Qəzza zolağında təhlükəsizlik nəzarəti qurmağa hazırlaşır.

Baş nazirin ofisindən yayılan açıqlamada qeyd olunur ki, hərbi əməliyyatlar zamanı mülki şəxslərin müdafiəsi üçün döyüş bölgəsindən kənarda humanitar yardım göstəriləcək.

Netanyahunun təqdim etdiyi münaqişənin mərhələli həlli planı aşağıdakı bəndləri əhatə edir:

- HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması;

- Girovların və həlak olanların cəsədlərinin qaytarılması;

- Qəzzanın demilitarizasiyası;

- İsrailin bölgədə uzunmüddətli təhlükəsizlik nəzarətinin qurulması;

- HƏMAS və ya Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan alternativ mülki rəhbərliyin formalaşdırılması.

Bununla belə, "The Washington Post"un mənbələrinə əsasən, İsrail ordusunun rəhbərliyi, xüsusilə Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzanın tam ələ keçirilməsinə qarşı çıxıb. O, sadəcə HƏMAS-a zərbələr endirilməsini və bölgənin mühasirəyə alınaraq təzyiq göstərilməsini daha uyğun addım kimi qiymətləndirib.

Lakin Netanyahu 7 avqustda verdiyi bəyanatda israr edib ki, ərazinin hərbi nəzarətə götürülməsi İsrailin təhlükəsizliyi üçün zəruridir. O, bu addımın HƏMAS-ı tamamilə sıxışdırmaq və bölgəni sonradan mülki idarəyə təhvil vermək üçün vacib olduğunu bildirib.

İsrailin bu addımı beynəlxalq arenada müxtəlif reaksiyalar doğurub. Planın tətbiqi, xüsusilə “alternativ mülki rəhbərlik” məsələsi, gələcəkdə Qəzzanın siyasi gələcəyinə dair mühüm suallar doğurur. Gözlənilir ki, bu istiqamətdə həm regional, həm də beynəlxalq güclər arasında ciddi diplomatik mübarizə baş verəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR