Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Türkiyədə daha bir neçə zəlzələ qeydə alınıb

Türkiyədə daha bir neçə zəlzələ qeydə alınıb

Tarix: 11-08-2025, 09:41

Türkiyədə daha bir neçə dəfə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, Balıkesirdə baş verən güclü zəlzələdən sonra təkrar təkanların qeydə alınması davam edir. Qeyd edilir ki, son 3 saat ərzində maqnitudası 1,5-4,4 olan 45-ə yaxın yeraltı təkan qeydə alınıb.

Zəlzələlərin ən güclüsü yerli vaxtla saat 04:55-də (Bakı vaxtı ilə saat 05:55) Balıkesir şəhərinin Sındırğı ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, bazar günü axşam saatlarında Sındırgi ərazisində 6,1 bal gücündə zəlzələ baş verib. Təbiət hadisəsi nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 10-a yaxın bina dağılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR