Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Kimlər xüsusi icra məmuru ola biləcək? - Nazirlikdən CAVAB

Kimlər xüsusi icra məmuru ola biləcək? - Nazirlikdən CAVAB

Tarix: 13-08-2025, 17:53

Azərbaycanda məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən bu gün “Xüsusi icra məmurları haqqında” Qanun təsdiq edilib. Həmin Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.

Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar.

Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.

Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənib.

Qeyd edək ki, xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda, bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR