Son Xəbər: "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq,

Bu universitetlərin tələbələrinə "TələbəPlus" kartı verilib - RƏSMİ

Bu universitetlərin tələbələrinə "TələbəPlus" kartı verilib - RƏSMİ

Tarix: 14-08-2025, 12:38

Azərbaycanda ötən ildən başlayaraq ali təhsil müəsissələrinin tələbələri üçün "TələbəPlus" kartının verilnəsinə başlanılıb.

Modern.az hazırda kartın təqdim edildiyi ali təhsil müəssisələrini öyrənmək üçün Təhsilin İnkişaf Fonduna sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Fondun mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, “TələbəPlus” layihəsinə qoşulma prosesi mərhələli şəkildə həyata keçirilir:

TələbəPlus kartının hazırda təqdim edildiyi ali təhsil müəssisələrinin siyahısı:

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

3. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti

4. Azərbaycan Texniki Universiteti

5. Azərbaycan Dövlət İqtisad Universiteti

6. Azərbaycan Dövlət Pedaqoji Universiteti

7. Azərbaycan Memarlıq və İnşaat Universiteti

8. Bakı Slavyan Universiteti

9. Azərbaycan Dillər Universiteti

10. Bakı Mühəndislik Universiteti

11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

12. Sumqayıt Dövlət Universiteti

13. Lənkəran Dövlət Universiteti

14. Gəncə Dövlət Universiteti

 15. Azərbaycan Texnologiya Universiteti

16. Mingəçevir Dövlət Universiteti

17. Naxçıvan Dövlət Universiteti

18. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

19. Azərbaycan Milli Konservatoriyası

20. Naxçıvan Müəllimlər İnstitutu

21. Türkiyə-Azərbaycan Universiteti

22. Azərbaycan Dövlət Aqrar Universiteti

23. Bakı Avrasiya Universiteti

24. Azərbaycan Əmək və Sosial Münasibətlər

Təhsilin İnkişaf Fondundan verilən məlumata görə, növbəti tədris ilində də universitetlərin təşəbbüsü və texniki uyğunluğu nəzərə alınmaqla, yeni təhsil ocaqlarının layihəyə daxil edilməsi planlaşdırılır. Həmçinin qeyd edilib ki, məqsəd ölkə üzrə bütün ali təhsil müəssisələrini vahid tələbə kartı ilə təmin etməkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR