Son Xəbər: Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib, Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ, Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB, Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır, “Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB, Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq, İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib, Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib, Yasamalda 45 yaşlı qadın qətlə yetirildi, Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib,

Ukrayna Həştərxana zərbə endirib

Ukrayna Həştərxana zərbə endirib

Tarix: 15-08-2025, 10:17

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR