Son Xəbər: Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH, Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib, Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq, Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər, Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib, Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir, Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək, "Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO,

Oleq Bakinski, eləcə də onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya şikayəti və protesti verilib

Oleq Bakinski, eləcə də onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya şikayəti və protesti verilib

Tarix: 15-08-2025, 12:09

Oleq Bakinski, eləcə də onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya şikayəti və protesti verilib

Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə üzrə apellyasiya şikayəti və protesi verilib

Cinayət işinə iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 21-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.

Digər təqsirləndirilən K. Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub.

Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.

İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR