Son Xəbər: "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır, Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq,

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Tarix: 26-08-2025, 17:36

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurası orta ixtisas və ali təhsil pillələrinə yeni qəbul olmuş tələbələrə dair qərarlar qəbul edilib.

Bu barədə Fond məlumat yayıb.

Belə ki, orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriat səviyyəsində abituriyentin topladığı balın minimum həddi 110-dur. Qərara əsasən, orta ixtisas təhsili pilləsinin subbakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olan tələbələr üçün birinci tədris ilinin ilk semestrində tələb olunan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.

Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil. Digər yenilik Sxolastik Qiymətləndirmə Testi (Scholastic Aptitude/Assessment Test - SAT) imtahanı nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, bu tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi 1200 bal olaraq təsdiqlənib.

Bildirilib ki, qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarının genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR