Son Xəbər: Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb, Şahin Bağırov Ucarda vətəndaşları qəbul edəcək, Ərdoğan Zelenski ilə danışıqlar apardı, Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ CAVAB, Valideynləri tərəfindən döyülən körpə Bakıya gətirildi, Azərbaycan nefti cüzi bahalaşıb, UEFA Çempionlar Liqası: "Qarabağ"ın əsas mərhələdəki rəqibləri bu gün müəyyənləşəcək, İlham Əliyev "Qarabağ"ı təbrik edib, KİV: Yaponiya və ABŞ sentyabrda təlim keçirəcək, Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL,

Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Tarix: Bugün, 18:44

Parlament kommissiyası Azərbaycana qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 6 avqust 2025-ci il tarixli açıqlamasının davamı olaraq bildirir ki, "Facebook" sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası avqust ayı ərzində davam edib.

Dezinformativ xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılmış "Caspian Xəbər", "Caspian Times", "İşıq Media", "Pro Eminent Guild", "Next Azerbaijan" və sair bu kimi səhifələr vasitəsilə həyata keçirilib.

Qeyd olunmalıdır ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə  Azərbaycan Respublikasının informasiya məkanına edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınır.

Eyni zamanda, bildiririk ki, "Meta" şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır, bənzər sosial media səhifələri ilə rastlaşdıqda bu barədə Milli Məclisin office@meclis.gov.az elektron poçt ünvanına məlumat verməyi xahiş edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR