Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Şüvəlanda yeni ictimai çimərliklər yaradıldı

Şüvəlanda yeni ictimai çimərliklər yaradıldı

Tarix: 30-08-2025, 13:13

Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaradılmış yeni ictimai çimərlikləri təqdim edib. 

Onlar mövsümün əvvəlindən quruma daxil olmuş çoxsaylı müraciətlərdən sonra təşkil edilib.

Monitorinqlər zamanı bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyətin, infrastrukturun, təmizlik qaydalarına əməl olunmasının və tullantıların idarə edilməsinin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq, Şüvəlanda 3 çimərlikdə ödənişsiz ictimai məkanlar yaradılıb. Pilot layihə 15,3 hektar sahəni əhatə edir.

Burada taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaq əyləncə zonaları, söhbətgahlar, günəşdən mühafizə çətirləri və digər zəruri avadanlıqlar quraşdırılıb.

Yay mövsümü Azərbaycanda daxili və gəlmə turizmin ən yüksək aktivlik dövrü hesab olunur. Bu müddətdə ölkəyə gələn əcnəbi turistlərin 32 %-i məhz yay aylarında səyahət edir. Yaxın Şərq, Şimal-Şərqi Asiya və Avropadan gələn turistlərin sayı üstünlük təşkil edir. MDB ölkələrindən gələnlər arasında isə çimərlik turizminə maraq daha çox müşahidə olunur.

Son illərin göstəricilərinə əsasən, yerli turistlərin il ərzində həyata keçirdiyi 20 milyondan çox səfərin 40 %-i yay aylarının payına düşür. Bu dövrdə həm regionlara səfərlərin sayında artım qeydə alınır, həm də regionlardan Bakıya, xüsusilə çimərliklərə gediş-gəliş intensivləşir.

Hazırda ölkə üzrə 200-dən çox çimərlik fəaliyyət göstərir. Onların 80 %-i Bakı və Abşeron yarımadasında yerləşir. Bu ərazidə ümumilikdə 17 çimərlik zonası mövcuddur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR