Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur

Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur

Tarix: 2-09-2025, 15:29

Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur

Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.

"Azərbaycan Prezidenti İlham Əliyevlə  ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar",- deyə Türkiyə Prezidenti vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünə də diqqət çəkib:

"Hər iki görüşdə həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də hər hansı bir problem və fikir ayrılığı yoxdur. Azərbaycan prezidenti bu məsələdə özünə əmindir. Xüsusilə də ABŞ səfərindəki o görüş, o danışıqlar bu mövzuda atılacaq addımlarda həlledici rol oynayıb".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR