Son Xəbər:
Tarix: Dün, 10:37
Zelenski “ABC News”a verdiyi müsahibədə Putinin Moskvada ikitərəfli sülh danışıqları aparmaq təklifini qəbul etmədiyini bildirib: “Putin Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket atəşinə tutulur”.
Zelenskinin sözlərinə görə, müharibə şəraitində görüşmək istəməyən bir insan qeyri-real və qəbuledilməz təkliflər irəli sürə bilər: “Bu, mənim ondan Kiyevə gəlməsini tələb etməyimlə eyni şeydir”.
Ukrayna lideri hesab edir ki, Putin bu təkliflə əslində görüşü gecikdirməyə çalışır.