Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Səfir: İsraillə Qazaxıstan arasında münasibətlərin dərinləşməsinə çalışacağam

Səfir: İsraillə Qazaxıstan arasında münasibətlərin dərinləşməsinə çalışacağam

Tarix: 8-09-2025, 10:55

İsrailin Azərbaycandakı səfirinin keçmiş müavini yeni təyin olunmuş diplomatik missiya rəhbəri kimi Qazaxıstana gedib.

Bu barədə İsrailin Qazaxıstandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Biz İsrailin yeni səfiri Yoav Bistritskini Qazaxıstanda salamlamaqdan məmnunuq. Səfir ümid edir ki, qarşıda bizi xalqlarımıza fayda gətirəcək və əməkdaşlıq üçün yeni imkanlar, təşəbbüslər gözləyir", - səfirlik bildirib.

Qeyd edək ki, Y.Bistritski daha əvvəl İsrailin Azərbaycandakı səfirinin müavini olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR