Son Xəbər: Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir,

Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb"

Lu Mey: "Azərbaycan–Çin əməkdaşlığı tarixi zirvəyə çatıb"

Tarix: 9-09-2025, 13:09

 Azərbaycan hər zaman Çinin iqtisadi əlaqələrində mühüm ölkə olub.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu-Bakı) qarşılanma mərasimi çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Çin-Avropa Dəmiryolu Ekspresi "Bir kəmər, bir yol" təşəbbüsünün qabaqcıl layihəsi və simvolik brenddir. Çin xarici dünyaya yüksək səviyyəli açılışının genişlənməsini effektiv şəkildə təşviq edir, marşrut boyunca ölkələrin rifahını yüksəldir. Sabitlik və tədarük zəncirinin firavanlığını təmin edir".

Səfir qeyd edib ki, Azərbaycan son illərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına təkan vermək üçün coğrafi üstünlüklərindən tam istifadə edir:

"Azərbaycan Prezidenti İlham Əliyev bu il iki dəfə Çinə səfər edib. Aprel ayında iki ölkə arasında münasibətlər hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəldərək tarixi zirvəyə çatıb. Azərbaycan hər zaman Çinin iqtisadi əlaqələrində praktiki əməkdaşlığın mühüm hissəsi olub. Bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 225 yük qatarı göndərilib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. İki ölkənin birgə səyləri ilə Çin-Avropa Dəmiryolu Ekspresi daha yüksək keyfiyyətli, daha yaxşı səmərəlilik və daha çox təhlükəsizliyə doğru inkişaf edəcək".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR