Son Xəbər: Aeroport yolunda 3 maşın toqquşub, xəsarət alan var, Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb, Tramp ABŞ-da ukraynalı qadının qatilinə ölüm cəzası tələb edib, Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib, Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq, Prezident Bakıda açılışda - Fotolar, Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi ilə görüşüb, Misirin yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib, Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib, Nepal Prezidenti istefa verib - YENİLƏNİB,

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb

Tarix: Bugün, 18:25

Emin Ağalarovun Moskvadakı restoranları bağlanıb

Moskvadakı “Aviapark” ticarət mərkəzindəki azərbaycanlı iş adamı Emin Ağalarova məxsus “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.

Yerli Telegram kanalları “Aviapark” ticarət mərkəzində üç restoranın bağlanması barədə məlumat yayıblar.

“Agalarov Development” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə isə, “AgalarovRest” şirkətinin müstəqil layihələrə fokuslanmaq planlarına görə restoranlar bağlanıb.

“AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə yönəldir”, - “Agalarov Development”dən bildirilib.

“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.

“Əsas səbəb müəssisələrin daha az səmərəli olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər, harada ki, auditoriya konseptlərin, xidmətin və təkliflərin daimi yenilənməsini gözləyir. Bu, son illərdə baş verməyib, ona görə də layihələr təbii olaraq başa çatıb, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam edib”, - Xakberdiyeva qeyd edib.(Apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR