Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

İsrail şirkəti: Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir

İsrail şirkəti: Abşeronun su probleminin həlli üçün ən yaxşı texnologiyalar seçilir

Tarix: 11-09-2025, 16:53

Abşeron yarımadasının su problemlərinin həlli üçün dünya üzrə ən yaxşı texnologiyalar seçilir.

Bunu İsrailin "Mekorot" milli su şirkətinin Beynəlxalq biznes üzrə direktoru Barak Graber Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində "Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq" adlı panelində deyib.

O bildirib ki, Abşeron yarımadasında planlaşdırılan duzsuzlaşdırma layihəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) dünya üzrə ən yaxşı duzsuzlaşdırma texnologiyaları arasında rəqabət yaradaraq, bazardan ən optimal həlli seçiblər: "Tender vasitəsilə rəqabət yaradılıb və nəticədə layihə üçün ən yaxşı texnoloji həll müəyyən edilib".

B. Graber qeyd edib ki, effektiv su layihələrinin həyata keçirilməsində hökumət və özəl sektorun rolunun dəqiq müəyyənləşdirilməsi vacibdir: "Hökumət sərhədləri və qaydaları müəyyən edir, özəl sektor isə həmin məqsədə çatmaq üçün ən yaxşı texnologiya və həll yollarını tətbiq edir. Bu yanaşma həm dövlət, həm də özəl sektor üçün maksimum fayda təmin edir".

O vurğulayıb ki, dövlət məqsədi müəyyən etməli, özəl sektor isə "bu məqsədə necə çatmaq olar?" sualına cavab verməlidir: "Bu model su sektorunda, o cümlədən su layihələrinin idarə olunmasında uğurun açarıdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR