Son Xəbər: QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək, Müdafiə Nazirliyi məlumat yaydı, Sabahın hava proqnozu açıqlanıb, Xocalının daha bir kəndinə İLK KÖÇ oldu, Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?, Goranboydakı cinayətin TƏFƏRRÜATI, Qızılağac Milli Parkının ərazisində yanğın olub, Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib, Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb, KİV: İsrail bir müddətdir Qahirədə HAMAS liderlərini öldürməyə cəhd göstərir,

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

Tarix: Bugün, 14:27

Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:

"Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı vətəndaşlara müraciət edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR