Son Xəbər: Paşinyan Ermənistan ordusunda kriminogen vəziyyətin əsas səbəbini göstərib, İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib, Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb, Prezident Seyidbəyliyə getdi - Fotolar, DYP yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib, Xəzər dənizində zəlzələ qeydə alınıb, Tramp: NATO da eyni işi görsə, Rusiyaya sanksiya tətbiq etməyə hazıram, QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək, Müdafiə Nazirliyi məlumat yaydı, Sabahın hava proqnozu açıqlanıb,

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

Tarix: Bugün, 10:40

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk zəng çalınıb.

"Report"un Kəlbəcərə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.

Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.

Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub. 

Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR