Son Xəbər: Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır, Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür, Bakı və Berlin strateji tərəfdaşlıq gündəliyi ilə əməkdaşlığı möhkəmləndirir, Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar, Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub, Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub, Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib, Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir,

Neftin bu günə olan qiyməti

Neftin bu günə olan qiyməti

Tarix: 16-09-2025, 09:36


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,06 ABŞ dolları, yaxud 0,09 % azalaraq 69,43 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 67,60 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,04 ABŞ dolları və ya 0,06 % azalaraq 67,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR