Son Xəbər: BƏƏ Prezidentinin Azərbaycana səfəri başa çatdı - GÖRÜNTÜLƏR, Spiker Malayziyada işgüzar səfərdədir, İlham Əliyev həmkarına “Ərgünəş” adlı Qarabağ atı hədiyyə etdi - FOTO, "Qarabağ" UEFA Gənclər Liqasında Portuqaliya klubuna böyük hesabla məğlub olub, Cəlilabadda məktəblilər arasında bıçaqlaşma - Ölən var, Sorğu: Ukraynalıların 76 %-i ölkələrinin müharibədə qələbə qazana biləcəyinə inanır, Azərbaycan və BƏƏ prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana rəsmi səfərə gəlib, Rusiyanın Ukraynaya hücumlarında 2 nəfər ölüb, 13 nəfər yaralanıb, Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycana gətirilib,

Spiker Malayziyada işgüzar səfərdədir

Spiker Malayziyada işgüzar səfərdədir

Tarix: Bugün, 18:07

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 16-da Malayziyanın Kuala Lumpur şəhərinə səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Kuala Lumpur beynəlxalq hava limanında nümayəndə heyətini Senatın vitse-prezidenti Datuk Nur Jazlan bin Tan Sri Mohamed, Senatın katibi Muhd Sujairi bin Abdullah, Nümayəndələr Palatasının katibi Nizam Maydin bin Baça Maydin, Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə Milli Məclisin sədri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 46-cı Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Sahibə Qafarovanın sessiyada çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR