Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Tarix: 17-09-2025, 14:25

Badara kəndi Xocalı rayonunda keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğu yaşayış məntəqələrindəndir. Kənddə 15 ev bərpa olunub və 14 ailə - 55 nəfər yaşamaq üçün kəndə qayıdıb. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, Badara kəndi Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib. O vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi isə davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR