Son Xəbər: Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb, Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM, Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib, İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır, Şənbə günü Bakıda 30 dərəcə isti olacaq, Şənbə günü Bakıda 30 dərəcə isti olacaq, Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir, İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq, Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib, Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib,

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

Tarix: 22-09-2025, 13:54

Dünya Bankının qiymətləndirmələrinə görə, Orta Dəhlizin infrastrukturuna investisiya ehtiyacları növbəti 15 il ərzində təxminən 28 milyard ABŞ dolları təşkil edəcək.

Bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

Onun sözlərinə görə, kommersiya baxımından həyat qabiliyyətli layihələrin çatışmazlığı və müvafiq olaraq, bu cür böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün məhdud imkanlar mövcuddur.

"Bunlardan 25 milyard ABŞ dolları dəmir yolları üçün, 1,8 milyard ABŞ dolları isə limanların genişləndirilməsi və modernləşdirilməsi üçün tələb olunur. Bu, əlbəttə, mənim əvvəlki fikrimə uyğundur ki, məhz bu yerlərdə "darboğazlar" yaranır. Buraya müxtəlif nəqliyyat növlərinin kəsişmə nöqtələri - dənizdən dəmir yoluna, dəmir yolundan avtomobil nəqliyyatına kimi nöqtələr daxildir", - R.Prays bildirib.

O qeyd edib ki, məhz burada ləngimələr baş verir və bu məsələləri həll etmək lazımdır:

"Daha bir mühüm problem ondan ibarətdir ki, indi çox sayda ölkələrdən keçməli olursan. Buna görə də dəhlizin istifadəçilərinə keçidi maksimum dərəcədə rahat etmək üçün rəqəmsallaşdırma, prosedurlar və tənzimləmə sahəsində müvafiq yanaşmalar tapmaq vacib nüansdır. Biz dəhlizin inkişafı və gücləndirilməsində çox fəal şəkildə iştirak edirik".

R.Prays vurğulayıb ki, çoxtərəfli inkişaf banklarının mövcud sorğuları tam ödəmək üçün kifayət qədər vəsaiti yoxdur: "Buna görə də biz tərəfdaşlıq modelini daha çox təkmilləşdiririk, özəl kapitalı cəlb edir və hökumətlərlə məhz bu istiqamətdə işləyirik. Bizim xarici planımız tərəfdaşlıqlar yaratmaq və inkişaf mütəxəssislərini birləşdirməkdən ibarətdir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR