Son Xəbər: Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb, Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək, Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək, Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir, Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək, Tramp Putini doğum günü münasibətilə təbrik etməyib, Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb, İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb, Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib, İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür,

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Tarix: 22-09-2025, 15:33

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos regiona səfərinin yekunları ilə bağlı bəyan edib.

Bəyanatda bildirilib ki, Aİ Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini təsdiqləyir.

Bununla yanaşı, qeyd edilib ki, Aİ, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir və regional əlaqələrə investisiya yatırmağa hazırdır.

"Ticarət marşrutlarını açmaqla, infrastrukturu birləşdirməklə və insanları yaxınlaşdırmaqla, biz bugünkü imkanı davamlı sülhə və ümumi rifaha çevirə bilərik", - M.Kos deyib.

Bundan əlavə, M.Kos Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı gücləndirmək və "Global Gateway" təşəbbüsü çərçivəsində investisiyaları təşviq etmək üçün iqtisadiyyat üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəlib.

O, həmçinin minalardan zərər çəkmiş bölgələrə əlavə dəstək göstərmək niyyətini açıqlayıb.

"Team Europe" təşəbbüsü çərçivəsində Aİ və onun üzv dövlətləri artıq Azərbaycanda humanitar minatəmizləmə donorlarıdır və bu məqsədlər üçün 23 milyon avroya qədər vəsait ayrılıb.

Ermənistanda Aİ-nin 270 milyon avro məbləğində dayanıqlılıq və artım planının ikinci tranşının ayrılması elan edilib. Bunun isə 202,5 milyon avrosu islahatların və sosial-iqtisadi dayanıqlılığın gücləndirilməsinə yönəldiləcək.

Səfəri zamanı komissar, həmçinin ikitərəfli gündəlikdə strateji prioritetlər üzrə islahatların gedişatını izləmək üçün Siyasət üzrə Yüksək Səviyyəli Dialoq təşəbbüsü irəli sürüb.

Aİ həmçinin 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanın demokratik dayanıqlılığını və seçkilərin bütövlüyünü dəstəkləyəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR