Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Nazir: Azərbaycan əmək münasibətləri sahəsində İƏT-lə səmərəli əməkdaşlıq edir

Nazir: Azərbaycan əmək münasibətləri sahəsində İƏT-lə səmərəli əməkdaşlıq edir

Tarix: 24-09-2025, 10:04

Azərbaycan əmək münasibətləri sahəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə səmərəli əməkdaşlıq edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər" mövzusunda təşkil edilən tədbirin açılış sessiyasındakı çıxışında deyib.

O bildirib ki, qərargahı Bakıda yerləşən İƏT-in Əmək Mərkəzi məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı istiqamətində üzv ölkələr arasında əlaqələndirmə missiyasını uğurla yerinə yetirir:

"Hesab edirəm ki, bugünki müzakirələrin gündəliyi olduqca vacib məsələləri ehtiva edir və ölkələrimizdə əmək bazarının inkişafı, təhlükəsiz əmək şəraitinin yaradılması, yoxsulluğun azaldılması sahəsində mütərəqqi təcrübənin əldə edilməsinə yönəldilib".

Nazir vurğulayıb ki, son illər ərzində Azərbaycanda 5 böyük sosial islahat paketi həyata keçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib:

"Nəticədə bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb. Ölkə üzrə orta pensiyada 2,6 dəfə və orta əmək haqqında isə 2 dəfə artımlar müşahidə olunub. Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfə artırılıb".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR