Son Xəbər: Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib, Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb, Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM, Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib, İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır, Şənbə günü Bakıda 30 dərəcə isti olacaq, Şənbə günü Bakıda 30 dərəcə isti olacaq, Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir, İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq, Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib,

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək

Tarix: 24-09-2025, 17:28

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək

Azərbaycan Afrika ölkələrinə İqlim Diplomatiyası sahəsində dəstək göstərəcək.

Bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli tədbirdə elan edilib.

Bu məqsədlə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin ilk günündə COP29-un Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında Birgə İşçi Qruplar təsis edilib.

BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşəbbüsü ilə “Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkən və həssas ölkələr üçün innovativ həllər” mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə 100-dən artıq hökümət üzvləri və rəsmiləri, BMT qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən COP29-un Prezidenti Muxtar Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru Marko Ruskoni, BMT Baş Katibinin Afrika üzrə nümayəndəsi Parfayt Onyanga, Beynəlxalq Miqrasıya Təşkilatının icraçı direktorun müavini xanım Uqoçi Daniels qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə təsis olunan Bakı Mərkəzi artıq qlobal iqlim diplomatiyasında yeni bir istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu və iqlim miqrasiyasının tənzimlənməsi məsələlərini vahid gündəmdə birləşdirərək, həssas regionlarda real nəticələr doğuracaq layihələrin icrası üçün unikal platformaya çevrilmişdir.

Daha sonra çıxış edən Çad, Qvineya-Bisau, Somali və Uqandanın ətraf mühit nazirləri ölkələrində təxirəsalınmaz layihələrin həyata keçirilməsi üçün Bakı Mərkəzinin qurduğu tərəfdaşlığı qeyd etdilər, Azərbaycana iqlim diplomatiyası sahəsində bölüşdüyü təcrübə üçün təşəkkürlərini bildiriblər.

Bakı Mərkəzinin növbəti planları haqqında çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirdi ki, Mərkəz qeyd olunan ölkələrdə layihələrin həyata keçirilməsinin praktiki mərhələsinə başlayır. Bu məqsədlə tədbirdə Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi Qruplarının yaradılmasına dair Memorandum təsdiqlənib.

Tədbirdə həmçinin daha bir neçə ölkə Bakı Mərkəzi tərəfdaşlığına qatılmaq niyyətlərini elan ediblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR