Son Xəbər: Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır, Gələn ildən elektrik və hibrid mühərrikli avtomobillərin qiyməti necə dəyişəcək? - ARAŞDIRMA, Emin Əmrullayev: Qızların yuxarı siniflərdə təhsil göstəricilərinin azalması qadağalarla üzləşmələri ilə bağlıdır, Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub, Sabahın hava proqnozu açıqlanıb, Poliklinikalarda elektron növbə sistemi bütün ölkəni əhatə edəcək, TƏBİB rəsmisi: Süd vəzi xərçəngi ilə bağlı keçirilən müayinələrin nəticələri ilin sonuna açıqlanacaq, Allahşükür Paşazadə Vatikanda Roma Papası ilə görüşəcək, Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq,

Azərbaycanda 21 milyondan çox bank kartı var

Azərbaycanda 21 milyondan çox bank kartı var

Tarix: 29-09-2025, 11:40

Azərbaycanda 21 milyondan çox bank kartı var

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə
müsbət təsir göstərib.

Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20% artmışdır. 2025-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,172 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,153 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,015 mln. manatı POSterminallar, 4 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.3%-ni təşkil edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR