Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Artım yalnız elektrik və CNG avtobuslara aiddir

Artım yalnız elektrik və CNG avtobuslara aiddir

Tarix: 29-09-2025, 12:46




Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən dəyişəcək.


İlkin mərhələdə paytaxtda müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslarda gediş haqqı 60 qəpik olacaq.

Bu isə paytaxtda mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edir. Belə ki, hazırda yalnız “Bakubus” MMC-nin avtobus parkı 100 faiz olmaqla elektrik və CNG mühərrik növlüdür. Bundan başqa “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “GAC” MMC və digər bir neçə daşıyıcının istismarında olan xətlərdə CNG növlü avtobuslar mövcuddur. Beləliklə qiymət artımı yalnız “Bakubus”un istismarında olan marşrut xətlərinə və qeyd edilən daşıyıcılara məxsus bir neçə marşruta tətbiq ediləcək. Həmin xətlərin siyahısı gün ərzində əhaliyə təqdim ediləcək.

Bununla yanaşı hər hansı xətdə həm köhnə, həm də müasir avtobuslar varsa, onlarda gediş haqqı 50 qəpik olaraq qalacaq. Xətt üzrə avtobus parkı tam yeniləndikdə onlarda da tarif artımını tətbiq etmək mümkün olacaq.

Beləliklə tarif artımı hazırda Bakıdakı marşrut şəbəkəsinin 70 faizini əhatə etmir.

Qeyd edək ki, 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara da qiymət artımı tətbiq ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR