Son Xəbər: Prezidentlərin təkbətək görüşü keçirilir, İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı - Sərəncam, Prezident İlham Əliyev Anar İsmayılova general-mayor rütbəsi verib, Ceyhun Bayramov ABŞ rəsmisi ilə beynəlxalq təhlükəsizliyi müzakirə edib, İtaliya Prezidenti Azərbaycana gəldi, Bəzi qüvvələr Cabir İmanovu mənfi tərəfdən göstərmək istəyirdilər, Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir, "Qarabağ" azarkeşlərə müraciət etdi, Prezidentin BMT-dəki çıxışı tarixi əhəmiyyət daşıyır - Sahibə Qafarova, Əhməd İsmayılov: Azərbaycanla Özbəkistanın media əməkdaşlığı region üçün nümunəvi model ola bilər,

"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" azarkeşlərə müraciət etdi

Tarix: Dün, 12:38

"Qarabağ" Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Klub azarkeşləri stadiona erkən gəlməyə çağırıb:

"Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR