Son Xəbər: Nobelə Trampın namizədliyi irəli sürüldü, Hava yenidən dəyişəcək - Güclü küləklə bağlı xəbərdarlıq edildi, Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin, Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb, Əminə Yusifqızı vəfat etdi, Zakir Həsənov Yaşar Gülərlə görüşdü, Qəzzada döyüşlər dayandırıldı - TƏCİLİ, Bu vəzifəli şəxslər cərimələrə görə protokol tərtib edəcək - Fərman, Azərbaycanla Gürcüstan hərbçiləri kibertəhlükəsizliliyi müzakirə etdilər - FOTO, “Əbədi dostluq və qardaşlıq” haqqında müqavilə imzalayaq! - Mirziyoyevdən TƏKLİF,

Agentlik: Dövlət satınalmalarının həcmi eyni qalsa da, dəyəri azalıb

Agentlik: Dövlət satınalmalarının həcmi eyni qalsa da, dəyəri azalıb

Tarix: 3-10-2025, 14:16

Dövlət satınalmaları haqqında yeni qanun qəbul etdikdən, yeni normalar qüvvəyə mindikdən sonra satınalmaların həcmi eyni qalsa da, onun dəyəri azalıb.

Bunu Bakıda keçirilənm II Milli Rəqabət Forumu çərçivəsində sual-cavab sessiyası zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müşaviri Cəfər Babayev deyib.

O qeyd edib ki, nəticədə satınalmalarda qənaət formalaşıb:

“Bununla belə qənaətin kiməsə pulun ayrılmaması və ya pul verilməməsi ilə əlaqələndirilməsi düzgün deyil. Diqqətə çatdırımaq istəyirəm ki, biz maliyyə ayıran deyil, nəzarətedici orqanıq. Funksiyamız da dövlət satınalmalarına nəzarətdən ibarətdir. Yəni satınalma zamanı əgər qanun düzgün icra olunmursa, bu faktı qeyd etmək bizim işimizdir. Problem ondan ibarətdir ki, satınalma prosesini idarə edə biləcək mütəxəsislər çatışmır. Bu, sonda ya gecikmə ya da ümumiyyətlə müsabiqənin ləğvi ilə nəticələnir", - deyə C.Babayev əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR