Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

“Əbədi dostluq və qardaşlıq” haqqında müqavilə imzalayaq! - Mirziyoyevdən TƏKLİF

“Əbədi dostluq və qardaşlıq” haqqında müqavilə imzalayaq! - Mirziyoyevdən TƏKLİF

Tarix: 8-10-2025, 16:21

Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkdilli ölkələr arasında “Strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında” sazişin tezliklə qəbul olunmasına çağırıb.

Yenixeber.org xəbər verir ki, dövlət başçısı çıxışı zamanı bölgədə təhlükəsizlik və sabitliyə dair yanaşmaların uzlaşdırılması məqsədilə TDT-yə üzv ölkələrin xarici işlər nazirləri və xüsusi xidmət orqanları rəhbərlərinin ilk birgə toplantısının Səmərqənddə keçirilməsini təklif edib.

Mirziyoyev, həmçinin Türk Dövlətləri Beynəlxalq Universitetinin Özbəkistanda yaradılacağını bildirib. Yeni ali təhsil ocağı türkdilli ölkələr arasında birgə elmi-tədqiqat və innovasiya platformasına çevriləcək.

Prezident Mirziyoyev çıxışında bir sıra yeni təşəbbüsləri də irəli sürüb. Sözügedən təşəbbüslər aşağıdakılardır:

- Türk Dövlətlərinin İqtisadi Əməkdaşlıq üzrə Daimi Şurasının yaradılması və onun layihə ofisinin Daşkənddə yerləşməsi;

- “Türk Sənaye Alyansı”, “Türk Yaşıl Dəhlizlər” və “Yaşıl Transformasiya Konsorsiumu”nun formalaşdırılması;

- Orta Dəhlizin inkişafı və bu nəqliyyat marşrutunun Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu və Trans-Əfqanıstan dəhlizi ilə əlaqələndirilməsi;


- Gömrük proseslərinin rəqəmsallaşdırılması və tariflərin optimallaşdırılması;

- Orqanik kənd təsərrüfatı üzrə ekspert qrupunun yaradılması və türk mənşəli orqanik məhsullar üçün vahid brendin dünya bazarına çıxarılması.

- Süni intellekt və yaradıcı iqtisadiyyat üzrə “yol xəritəsi”nin qəbulu,

- Özbəkistanda “Türk Dünyası Beynəlxalq Sərgisi”nin keçirilməsini,

- Radikal və ekstremist ideologiyalara qarşı birgə hərəkət planının hazırlanmasını,

- Gənclərin ekoloji savadlılığının artırılması istiqamətində ortaq proqramların həyata keçirilməsi.b.

O, 2026-cı ildə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı – Türk dünyasının mənəvi həyatında” mövzusunda beynəlxalq konfransın keçirilməsini də təşəbbüs kimi irəli sürüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR