Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

Tarix: 14-10-2025, 11:15

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib.

Bəyanatda deyilir:

“Mən Sizə Cənubi Qafqazdakı əlamətdar hadisələr və Böyük Britaniyanın Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişə reaksiyası barədə məlumat vermək istərdim.

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirib. Nəticədə sülh sazişi paraflanıb və bəyannamə imzalanıb.

Sənədlərə ATƏT-in Minsk qrupunun buraxılmasına çağırış və Ermənistanın suverenliyinə hörmət etməklə Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyi daxildir.

Böyük Britaniya əldə olunan tərəqqini alqışlayır. Bu, sülh və sabitliyə doğru mühüm addımdır.

Bununla əlaqədar biz Ermənistan və Azərbaycanla münasibətlərin səviyyəsini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəldirik.

Avqustun 24-dən 26-dək dəstəyi təsdiqləmək və praktik addımları müzakirə etmək üçün hər iki ölkəni ziyarət etmişəm.

Biz Minsk qrupunun buraxılmasını dəstəklədik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, ATƏT-in 1992-ci il embarqosu aktuallığını itirib. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə aradan qaldırır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə və ölkələrə hibrid təhdidlərə cavab daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünü qorumağa kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlara görə fərdi olaraq nəzərdən keçiriləcək.

Biz bölgədəki vəziyyəti izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və firavanlığa yol açacaq. Böyük Britaniya bu dəyişiklikləri və regional sabitliyi dəstəkləmək üçün hər iki ölkə, ABŞ, Aİ və digər tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır”. (Mənbə: APA)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR