Son Xəbər: Şənbə günü Bakıda 30 dərəcə isti olacaq, Şənbə günü Bakıda 30 dərəcə isti olacaq, Murat Kurum: Türkiyə COP31-də Bakı hədəfi başda olmaqla öhdəliklərin icrasını prioritet hesab edir, İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq, Pakistan Azərbaycanın iqlim gündəliyinin irəli aparılması səylərini yüksək qiymətləndirib, Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib, Göyçayda 9 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb, Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq, Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib, Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil,

Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur - XRONİKA

Ermənistanda fəlakət: azərbaycanlıların geri qayıtması yeganə həll yoludur - XRONİKA

Tarix: 17-10-2025, 08:53

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Süjetdə Ermənistanda demoqrafik fəlakətin yaşanması, bu problemin həlinin Qərbi Azərbaycana dönüşün yeganə çıxış yolu olmasından bəhs edilir.

Bildirilir ki, son illər Ermənistan əhalisinin təbii artımında ciddi problemlər yaranıb: "Bir tərəfdən doğum səviyyəsi azalır, digər tərəfdən ölüm halları artır. Ermənistanda doğum səviyyəsi bu il son 7 ilin ən aşağı səviyyəsinə çatıb. Yeddi ayda cəmi 17 568 uşaq doğulub. Bura Qarabağdan Ermənistana qayıdan ermənilərlə bağlı statistika da daxildir. Doğum sayı ötən illə müqayisədə 1 000, 2023-cü illə müayisədə 2 589, 2022-ci illə müqayisədə 1 924, 2021-ci illə müayisədə 2 558, 2020-ci illə müayisədə isə 1 867 nəfər azdır. Doğum səviyyəsinin aşağı düşməsinin səbəbi iqtisadi və sosial problemlər, gənclər üçün iş şəraitinin olmaması, mənzil problemlərinin artmasıdır. Bununla yanaşı, 44 günlük müharibədə Ermənistanın verdiyi on minlərlə itki də demoqrafik fəlakətin dərinləşməsinə səbəb olub".

Qeyd olunur ki, Ermənistanda demoqrafik fəlakətin qarşısını almaq üçün çıxış yollarından biri əcnəbilərin Ermənistanda vətəndaşlıq alması göstərilir. "168.am" saytı yazır ki, hakimiyyət "əcnəbilər" dedikdə azərbaycanlıların qayıdışını nəzərdə tutur və onların geri qayıdıb məskunlaşmasına etiraz etmir.

Demoqraf Mikael Malxasyanın sözlərinə görə, Zəngəzur bölgəsində əhalinin hər beş nəfərindən biri bölgəni tərk edir. Statistikaya görə, Zəngəzur bölgəsində yaşayan əhalinin sayı 2011-ci illə müqayisədə 20 faiz azalıb. "Hraparak" nəşri isə yazır ki, Zəngəzur bölgəsində əhalinin azalması xüsusilə 2019-cu ildən sonra sürətlənib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış regionun qaçılmaz rallığıdır və iki ölkə arasında davamlı sülhün təməl prinsiplərindən biri məhz bu humanitar problemin həllindən asılıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 16-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.("Report" )




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR