Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

"Prezidentə təbrik məktubu göndərək” - Spiker

"Prezidentə təbrik məktubu göndərək” - Spiker

Tarix: 17-10-2025, 11:41

"Prezidentə təbrik məktubu göndərək” - Spiker

"İclasımız tarixi günün ildönümü ərəfəsində keçirilir. 34 il əvvəl Azərbaycan müstəqilliyini elan etmişdir".

Bunu Milli Məclisin oktyabrın 17-də keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 

“İkinci dəfə ölkəmiz müstəqilliyini elan etmişdir. Lakin onun qorunub saxlanılması önəmli idi”. 

S. Qafarova bildirib ki, sərştəsiz dövlət idarəçiliyi torpaqlarımızın işğalına səbəb oldu, vətəndaş müharibəsi astanasına gəldik. 

O, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dövlət quruculuğunda mühüm addımlar atıldığını xatırladıb. Qeyd edib ki, 2025-ci ilin "Konstitusiya İli" elan edilməsi bir daha sübut etdi ki, Heydər Əliyevin ənənələri bu gün də davam edir. 

“Biz 44 günlük vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbə qazanmışıq. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyən, səsini eşitdirən ölkədir”. 

Sahibə Qafarova bu gün Füzuli, üç gün sonra isə Zəngilan şəhər gününün olduğunu vurğulayaraq, məcburi köçkünlərin doğma torpaqlarına qayıtdığını, həmin ərazilərdə quruculuq işlərinin aparıldığını vurğulayıb. 

“Təklif edirəm ki, müstəqilliyimizin ildönümü münasibəti ilə Prezident İlham Əliyev və birinci-vitse prezident  Mehriban Əliyevaya təbrik məktubları göndərək” – deyə o qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR