Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda dövlət vəsaiti mənimsənilib?

Tarix: 18-10-2025, 17:38

Bu gün bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğunda mühasib və baş konsulun 200 min ABŞ dolları dövlət vəsaitini mənimsədiyi barədə iddialar yayılıb. Bir müddət bundan əvvəl isə Azərbaycan Respublikasının Koreya Səfirliyində də 300 min ABŞ dolları dövlət vəsaitinin mənimsənilməsi halının baş verdiyi ilə bağlı iddialar yayılıb və bildirilib ki, Xarici İşlər Nazirliyində bu məsələlər ört-basdır edilir və bu şəxslərə qarşı cinayət işi açılmır.

 Los-Ancelesdə Baş konsulluqda hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir. Görünür kimsə, bir neçə il bundan əvvəl baş vermiş və Baş konsulluğun mühasibi və sürücüsü ilə bağlı məsələni qəsdən dövlətin maliyyə vəsaitinin mənimsənilməsi şəklində təqdim edir.

Belə ki, Baş konsulluğun mühasibi və sürücüsü ailələri ilə birgə avtomobildə hərəkət edərkən, digər bir avtomobilin onların avtomobilinə zərər vurması ilə nəticələnən yol qəzasına düşdükləri məlum olub.

Bundan sonra, Konsulluğun əməkdaşları tərəfindən fərdi qaydada vəkil tutularaq iddia qaldırılıb və onlar sığorta şirkətinə qarşı məhkəməni udublar. Nəticədə, avtomobilin təmiri və tibbi müayinələr ilə bağlı xərclər sığorta şirkəti tərəfindən qarşılanıb.

Göründüyü kimi, burada hər hansı bir dövlət vəsaitinin mənimsənilməsindən söhbət getmir.

Lakin əldə etdiyimiz məlumata əsasən mühasib və sürücü bu addımları atarkən və üçüncü tərəf vəkillə müqavilə imzalayarkən Baş konsula hər hansı bir məlumat vermədiklərinə və beləliklə müvafiq etik-davranış qaydalarını pozduqlarına görə onlara qarşı qurumdaxili araşdırma aparılıb və tənbeh tədbirləri görülüb.

Koreyadakı Səfirliyimizdə vəsaitin mənimsənilməsi məsələsinə gəldikdə, bu xəbərin yeni olmadığı, hadisə 3 il bundan əvvəl baş verən kimi Xarici İşlər Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun bütün müvafiq tədbirlər görüldüyü və zamanında bu məsələnin geniş işıqlandırıldığı məlumdur.

Hələ 2023-cü ilin iyun ayında mətbuata verilmiş rəsmi açıqlamalardan və geniş yayılmış xəbərlərdən məlum olur ki, Azərbaycanın Koreyadakı Səfirliyində mühasib işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, cinayət əməli ilə bağlı Xarici İşlər Nazirliyinə dəymiş ziyanın bir qismini, 77 min dollar vəsaiti ödəyib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu şəxs hazırda həbsdədir. (Mənbə APA)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR