Son Xəbər: Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib, Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb, Nizami Rəmzinin qızı həbs olundu, AZAL təcili eniş edən təyyarə barədə daha bir məlumat yaydı, Şimşək çaxacaq, leysan, dolu yağacaq - Sabahın havası, Kafedə kütləvi dava - Xəsarət alanlar var, Səbinə Əliyeva "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib, Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək, Prezidentdən Zəngilan PAYLAŞIMI, Zəngilan şəhərinin azadlığının beşinci ili,

Şimşək çaxacaq, leysan, dolu yağacaq - Sabahın havası

Şimşək çaxacaq, leysan, dolu yağacaq - Sabahın havası

Tarix: Bugün, 12:55

Azərbaycanda oktyabrın 21-də arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR