Son Xəbər: Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən, Prezident Qazaxıstandadır - Fotolar, Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib, Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb, Nizami Rəmzinin qızı həbs olundu, AZAL təcili eniş edən təyyarə barədə daha bir məlumat yaydı, Şimşək çaxacaq, leysan, dolu yağacaq - Sabahın havası, Kafedə kütləvi dava - Xəsarət alanlar var, Səbinə Əliyeva "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib, Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək,

AZAL təcili eniş edən təyyarə barədə daha bir məlumat yaydı

AZAL təcili eniş edən təyyarə barədə daha bir məlumat yaydı

Tarix: Bugün, 14:13

Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) aviaşirkətinə məxsus Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirən "Airbus A320" təyyarəsi, geri qayıdaraq Pulkovo hava limanına təcili eniş edib.

AZAL hadisə barədə daha bir məlumat yayıb.

Qeyd olunub ki, "Airbus A320" tipli bu sərnişin təyyarəsi AZAL-ın parkında istismara verildiyi vaxtdan etibarən mütəmadi olaraq tam texniki baxışdan keçirilib və Sankt-Peterburqdan uçuş zamanı texniki cəhətdən tam saz vəziyyətdə olub.

"Bildiririk ki, hava gəmisi 2025-ci ilin sentyabr ayında planlı ümumi texniki baxışdan ("A-check") tam şəkildə keçib. Bütün texniki işlər istehsalçının tələblərinə və aviaşirkətin daxili prosedurlarına uyğun şəkildə yerinə yetirilib.

Təcrübəli pilotlarımız tərəfindən AZAL-ın daxili qaydalarına və beynəlxalq tənzimləyici prosedurlarına tam riayət olunub.

Pilotlarımızın peşəkarlığı sayəsində uçuş zamanı yaranmış bütün potensial risklər minimuma endirilib, sərnişinlərin və uçuşun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub", - açıqlamada deyilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR