Son Xəbər: Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür, Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən, Prezident Qazaxıstandadır - Fotolar, Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib, Naxçıvanda nazir müavini vəzifədən çıxarılıb, Nizami Rəmzinin qızı həbs olundu, AZAL təcili eniş edən təyyarə barədə daha bir məlumat yaydı, Şimşək çaxacaq, leysan, dolu yağacaq - Sabahın havası, Kafedə kütləvi dava - Xəsarət alanlar var, Səbinə Əliyeva "Uşaq Hüquqları Aylığı"nın elan olunması ilə bağlı müraciət edib,

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Tarix: Bugün, 06:06

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür.

2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR