Son Xəbər: Məşhur siyasətçinin oğlu Ukraynada öldü, Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi, Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində, Rusiyada əməliyyat keçirildi - Azərbaycanlılar deportasiya ediləcək, Tokayev İlham Əliyevə qazax milli geyimini hədiyyə etdi - VİDEO, TRIPP layihəsi mütləq reallaşdırılacaq - İlham Əliyev, Yağış, dolu, qar yağacaq - Sabahın havası, Bakıda yeniyetmə 45 yaşlı kişini qətlə yetirdi, Zəngəzur dəhlizi 2026-cı ildə açılacaq, Yol polisi piyadalara çağırış etdi,

Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

Tarix: Bugün, 10:47


Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq, hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bildirilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır. “Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur. Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün əlavə təhlükə yaradır”, - deyə müraciətdə vurğulanıb.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR