Son Xəbər: Litvanın müdafiə naziri vəzifəsindən azad edilib, Azərbaycanda yanacaqdoldurma və qaz təchizatı obyektlərinin sahiblərinə yeni tələb qoyulub, Beynəlxalq səyyahlar Laçını ziyarət ediblər, "Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib, Norveç Ukraynaya 100 milyon dollar ayıracaq, Prezident İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib, Estoniya Bakıda səfirlik açacaq, Azərbaycan hərbi nümayəndələri Səudiyyə Ərəbistanına səfər edib, Beynəlxalq səyyahlar Ağdamdakı dağıntılarla tanış olublar, Şahdağ və Kəlbəcərdə qar yağıb - FAKTİKİ HAVA,

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib

Tarix: Dün, 16:40

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.

Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir.

Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan əsərin Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından mədəni-siyasi mənası var. Bu, Azərbaycanın mədəni səsinin qlobal miqyasda eşidilməsini, Azərbaycan xalça sənətinin yalnız estetik deyil, həm də fəlsəfi dəyər daşıdığını göstərir.

"Səmavi dinlər" layihəsi Vatikanda təqdim edilib




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR