Son Xəbər: Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox, İlk dəfə bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək, Daha bir QHT təmsilçisinin məhkəməsi başlayıb, Tramp xəbərdarlıq edib: ABŞ İsrailə İordan çayının qərb sahilini ilhaq etməyə icazə verməyəcək, Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər, Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb, Beynəlxalq səyyahlar Füzuliyə səfər edib, MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan rəisi barədə qərar verilib, Zelenski: Heç bir ərazi güzəşti olmayacaq, Litvanın müdafiə naziri vəzifəsindən azad edilib,

MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan rəisi barədə qərar verilib

MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan rəisi barədə qərar verilib

Tarix: Bugün, 12:30

MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan rəisi barədə qərar verilib

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs edilən rəisi, mayor İlham Haqverdiyevin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Təqsirləndirilən şəxsin vəkili APA-ya bildirib ki, iş üzrə şikayətçi yoxdur və dəyən maddi ziyan ödənilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib. Barəsində qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib. İlham Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR