Son Xəbər: Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib, Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ, Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO, Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb, Orada hər həftə təxminən 7 min nəfər həlak olur - FACİƏ, Bu cihazları uzadıcı ilə qoşmaq olmaz! - XƏBƏRDARLIQ, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib, Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb, Premyer Liqa: "Araz-Naxçıvan" "Sabah"la, "Zirə" "Sumqayıt"la üz-üzə gələcək, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib - SƏRƏNCAM,

Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO

Onlayn qumar oyunlarında bank kartlarının alqı‑satqısını həyata keçirən dəstə üzvləri saxlanıb - VİDEO

Tarix: Bugün, 15:15


Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar.

Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “telegram” sosial şəbəkəsində
ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.

Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarında istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR