Son Xəbər:
Tarix: Bugün, 11:42

Bu barədə TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov "Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı" adlı tədbirdə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, müayinələrin nəticələri ilin sonuna qədər açıqlanacaq:
"Bu xəstəliklə bağlı maarifləndirmənin rolu böyükdür. Xüsusilə də süd vəzi xərçəngi ilə bağlı qadınların maariflənməsi vacibdir. Bakıda bu əlçatan olsa da, bölgələrdə də təbliğat önəmlidir".
TƏBİB rəsmisi həmçinin əlavə edib ki, maarifləndirmə tədbirləri Qarabağda da həyata keçirilir:
"Çünki orada canlanan həyat sağlam təməl ilə ayağa qalxmalıdır".
Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.